“Qurtuluş
dastanı” bölgələrdə göstərilir
İrəvan Dövlət Azərbaycan Dram Teatrı İftixar Piriyevin “Qurtuluş dastanı” əsəri əsasında hazırlanmış eyniadlı tamaşa ilə bölgələrə qastrol səfərinə çıxıb. Tamaşa iyunun 5-də İmişlidə nümayiş olunub. Səhnə əsəri iyunun 12-də Sabirabadda, 13-də Neftçalada, 14-də isə Cəlilabadda sənətsevərlərə təqdim ediləcək.
Tamaşada
ulu öndər Heydər Əliyevin bədii
obrazını teatrın direktoru İftixar Piriyev
canlandırır. Digər rolları xalq
artistləri Elmira İsmayılova, Tamilla Abdullayeva, Əməkdar
artist Vaqif Kərimov, aktyorlar Əjdər Zeynalov,
Niyaməddin Səfərəliyev, Elmira Şahbazova və başqaları ifa edirlər.
Mədəniyyət.- 2013.- 7 iyun.-
S. 4.